18
Okt
2026
ASRS rinoplastika sahəsində fəaliyyət göstərən mütəxəssisləri elmi bilik mübadiləsi, tədris, etik standartlar və beynəlxalq əməkdaşlıq məqsədilə bir araya gətirir.
Cavid Cabbarzadə
Sercan Göde
Emre İlhan
Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi rinoplastika sahəsində elmi biliklərin, etik standartların və peşəkar əməkdaşlığın inkişafına xidmət edən platformadır.
Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi (ASRS) rinoplastika və üz estetik cərrahiyyəsi sahəsində çalışan həkimləri vahid peşəkar platformada birləşdirir. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2023-cü ildə verdiyi Şəhadətnaməyə əsasən fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.
Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmışdır. Fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur.
Respublikanın rinoplastika sahəsindəki qabaqcıl mütəxəssislərini birləşdirən Birliyin əsas məqsədi Azərbaycanda estetik burun cərrahiyyəsinə dair dünya standartlarını tanıtmaq, nəzəri və təcrübi bilikləri paylaşmaq, bu sahə ilə məşğul olan həkimlərin görüşlərini təşkil etmək, onların qarşılaşdıqları problemlərin həlli yollarını araşdırmaq, ixtisasa dair aparılan tədqiqatları dəstəkləmək və beynəlxalq səviyyədə təbliğ etməkdir.
Masterklasslar, fellowship proqramları və Baku Rhinoplasty Days konqresləri vasitəsilə bilik və təcrübənin davamlı mübadiləsi həyata keçirilir.
Rinoplastika sahəsində elmi inkişaf, təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq üçün rəsmi platformaya qoşulun.