

Azərbaycan Rinopastika Cərrahları İctimai Birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2023-cü ildə verdiyi Şəhadətnaməyə əsasən fəaliyyət göstərir. Birlik ümumi maraqlar əsasında birləşmiş, könullülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Respublikanın rinoplastika ilə bağlı qabaqcıl mütəxəssislərini birləşdirən Azərbaycan Rinopastika Cərrahları İctimai Birliyinin əsas məqsədi, vahid bir qurum olaraq, Azərbaycanda estetik burun cərrahiyyəsinə dair dünya standartlarını tanıtmaq, nəzəri və təcrübi bilikləri paylaşmaq, bu sahə ilə məşğul olan həkimlərin görüşlərini təşkil etmək, onların qarşılaşdıqları problemlərin həlli yollarını araşdırmaq və aradan qaldırmaq, ixtisasa dair aparılan araşdırmaları dəstəkləmək və beynəlxalq səviyyədə onları təbliğ etməkdir.