Tibb Elmləri Namizədi Dr. Hafiz Mehdiyev 1997-ci ildə Türkiyənin İzmir şəhərində yerləşən Dokkuz Eylül Universiteti tibb fakultəsinə qəbul olmuş və oranı bitirdiktən sonra 2004-cü ildə TUS (tibbdə uzmanlıq sınavı ) imtahanını keçərək Türkiyənin Ankara Tibb fakültəsinin İbni Sina xəstəxanasında qulaq-burun- boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi kafedrasında uzmanlıq təhsilinə başlamış və 2009-cu ildə uzmanlıq təhsilini tamamlayaraq "uzman doktor" ünvanına yiyələnmişdir.
Türkiyə və Azərbaycanda iyirmidən artıq beynəlxalq konfransda iştirak etmiş, onlarla akademik kursların iştirakçısı olmuşdur.
Yerli və xarici jurnallarda çap olunmuş bir çox elmi məqalə və konfranslarda təbliğ olunmuş posterlərin müəllifidir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 28 fevral 2018-ci il tarixli qərarı ilə Tibb Üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir.