Əsas məzmuna keç
18 OKT 5-ci Rinoplastika Masterklassı
ASRS
ASRS üzvləri Baku Rhinoplasty Days tədbirində 3-cü Rinoplastika Masterklassının iştirakçıları, Bakı Masterklass zalı — iştirakçılar elmi sessiyada
Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi

Rinoplastika cərrahiyyəsi peşəkar əməkdaşlıqdan başlayır.

ASRS rinoplastika sahəsində fəaliyyət göstərən mütəxəssisləri elmi bilik mübadiləsi, tədris, etik standartlar və beynəlxalq əməkdaşlıq məqsədilə bir araya gətirir.

5-ci Rinoplastika Masterklassı
Növbəti tədbir

5-ci Rinoplastika Masterklassı

Tarix
18 Oktyabr 2026 · 08:30-17:30
Ünvan
Radisson Hotel Baku
Cavid Cabbarzadə
Sercan Göde
Emre İlhan
Ətraflı
Haqqımızda

Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi rinoplastika sahəsində elmi biliklərin, etik standartların və peşəkar əməkdaşlığın inkişafına xidmət edən platformadır.

İctimai birlik haqqında

Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi (ASRS) rinoplastika və üz estetik cərrahiyyəsi sahəsində çalışan həkimləri vahid peşəkar platformada birləşdirir. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2023-cü ildə verdiyi Şəhadətnaməyə əsasən fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmışdır. Fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur.

Respublikanın rinoplastika sahəsindəki qabaqcıl mütəxəssislərini birləşdirən Birliyin əsas məqsədi Azərbaycanda estetik burun cərrahiyyəsinə dair dünya standartlarını tanıtmaq, nəzəri və təcrübi bilikləri paylaşmaq, bu sahə ilə məşğul olan həkimlərin görüşlərini təşkil etmək, onların qarşılaşdıqları problemlərin həlli yollarını araşdırmaq, ixtisasa dair aparılan tədqiqatları dəstəkləmək və beynəlxalq səviyyədə təbliğ etməkdir.

Birliyin göstəriciləri rəqəmlərlə

Aktiv peşəkar üzv
173 Aktiv peşəkar üzv
Keçirilmiş masterklass
4 Keçirilmiş masterklass
Beynəlxalq konfrans
2 Beynəlxalq konfrans
Təsis olunduğu ildən fəaliyyət
2023 Təsis olunduğu ildən fəaliyyət
Akademiya

Masterklasslar

Arxivə bax
ASRS

ASRS peşəkar icmasına qoşulun

Rinoplastika sahəsində elmi inkişaf, təcrübə mübadiləsi və peşəkar əməkdaşlıq üçün rəsmi platformaya qoşulun.