Əsas məzmuna keç
18 OKT 5-ci Rinoplastika Masterklassı
ASRS

Haqqımızda

Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi (ASRS) rinoplastika və üz estetik cərrahiyyəsi sahəsində çalışan həkimləri vahid peşəkar platformada birləşdirən qeyri-hökumət təşkilatıdır. Birlik Ədliyyə Nazirliyinin 2023-cü ildə verdiyi Şəhadətnaməyə əsasən fəaliyyət göstərir.

İdarə heyəti

Birliyin idarə heyəti.

Cavid Cabbarzadə

Cavid Cabbarzadə

Sədr

Hafiz Mehdiyev

Hafiz Mehdiyev

Sədr müavini

İctimai birlik haqqında

Azərbaycan Rinoplastika Cərrahları İctimai Birliyi (ASRS) rinoplastika və üz estetik cərrahiyyəsi sahəsində çalışan həkimləri vahid peşəkar platformada birləşdirir. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 2023-cü ildə verdiyi Şəhadətnaməyə əsasən fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Birlik ümumi maraqlar əsasında birləşmiş, könüllülük və üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmışdır. Fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmur.

Respublikanın rinoplastika sahəsindəki qabaqcıl mütəxəssislərini birləşdirən Birliyin əsas məqsədi Azərbaycanda estetik burun cərrahiyyəsinə dair dünya standartlarını tanıtmaq, nəzəri və təcrübi bilikləri paylaşmaq, bu sahə ilə məşğul olan həkimlərin görüşlərini təşkil etmək, onların qarşılaşdıqları problemlərin həlli yollarını araşdırmaq, ixtisasa dair aparılan tədqiqatları dəstəkləmək və beynəlxalq səviyyədə təbliğ etməkdir.

Missiya

Birliyin əsas məqsədi Azərbaycanda estetik burun cərrahiyyəsinə dair dünya standartlarını tanıtmaq, nəzəri və təcrübi bilikləri paylaşmaq, bu sahə ilə məşğul olan həkimlərin görüşlərini təşkil etmək, onların qarşılaşdıqları problemlərin həlli yollarını araşdırmaq, ixtisasa dair aparılan tədqiqatları dəstəkləmək və beynəlxalq səviyyədə təbliğ etməkdir. ASRS həmçinin gənc mütəxəssislərin hazırlanması, peşəkar etik standartların qorunması və təhlükəsiz cərrahi təcrübənin yayılması istiqamətində fəaliyyət göstərir.

2023 Təsis ili — rəsmi qeydiyyatdan keçmiş ictimai birlik
173 Rinoplastika cərrahları və mütəxəssislərdən ibarət aktiv peşəkar üzv
4 Keçirilmiş masterklass
2 Beynəlxalq konfrans